Azərbaycan boksçuları Qazaxıstanda keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar

Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.
Bu barədə Crossmedia.az-a Boks Federasiyasından məlumat verilib.
Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışda Məhəmməd Aşırəliyev (60 kq) və Ruslan Rüstəmov (65 kq) fəxri kürsüyə yüksəliblər. Hər iki boksçu bürünc medal qazanıb.
16:59 06.09.2025
Oxunuş sayı: 830