Tramp Avropanı necə utandırdı?

ABŞ-nin Rusiyaya olan sanksiyaları davam edir. Belə ki, Ağ Ev rəhbəri Donald Tramp müxtəlif sanksiyalar tətbiq etdikdən sonra indi də Avropa dövlətlərinə Rusiyadan neft alışını dayandırmağı tapşırıb. Maraqlıdır ki, Avropa dövlətləri ABŞ prezidentinin sözünə nə dərəcədə əməl edəcək? Yaxud neft alışını dayandıracağı təqdirdə öz neft ehtiyacını haradan təmin edəcək?
Mövzu ilə bağlı ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:
“Mənə elə gəlir ki, Rusiya neftinin alınmasının qarşısını almaq tələbi Tramp tərəfindən Rusiyaya təzyiq vasitəsidir. Bu qərarın bu qədər tez yerinə yetirilməsi mümkün deyil. Neft və qaz kontraktları uzunmüddətli imzalanır və bu kontraktların ləğv edilməsinə aylar lazımdır. Düşünürəm ki, bu Avropa ittifaqı (Aİ) ölkələrini utandırmaq üçün idi. Çünki Avropa dövlətləri Ukraynaya etdiyi köməkdən daha çox, Rusiyadan aldığı resurslar hesabına dollar ödəyir. Bu daha çox Avropaya təzyiq vasitəsi idi”.
Ayhan
22:51 05.09.2025
Oxunuş sayı: 850