Leysan yağışları ilə bağlı Daşkəsənin Alaxançallı kəndindəki son vəziyyət açıqlanıb

Daşkəsən rayonuna, o cümlədən Alaxançallı kəndi ərazisinə qısamüddətli leysan xaraktetli yağış yağıb. Kənddən keçən Gəncə çayında su çoxalıb.
Crossmedia.az-ın məlumatına görə bu barədə rayonun Qaraqullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Bayramov məlumat verib.
O bildirib ki, kənddən keçən Gəncə çayında su çoxalıb, hazırda hər hansı təhlükəli vəziyyət müşahidə olunmur:
"İntensiv yağış fəsad törətməyib. Ərazidə həyat normal axarında davam edir".
(Report)
22:00 05.09.2025
Oxunuş sayı: 775