Astarada ağac kəsiminə görə cinayət işi başlanılıb

Astara rayonunun Ojakəran kəndində ağacların kəsilərək meşə təsərrüfatına ziyan vurulması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Crossmedia.az DİN-in Mətbuat Xidmətinin regional qrupundan istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.
20:25 05.09.2025
Oxunuş sayı: 627