Elçin Məsiyev UEFA dan təyinat alıb

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Crossmedia.az xəbər verir ki, Elçin Məsiyev Niderland millisinin oyununda E.Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.
12:35 05.09.2025
Oxunuş sayı: 822