Levandovski 100 milyon avroluq təklifi rədd etdi

"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanında oynamaqdan imtina edib. Asiya ölkəsinin klublarından biri polşalı forvarda cəlbedici təklif göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Diario
Sport" nəşri məlumat yayıb.
Ərəblər Levandovskiyə illik 100 milyon avro maaş təklif
edib. 37 yaşlı futbolçu bu təklifi rədd edib. O, Avropada qalmağa üstünlük
verib.
Qeyd edək ki, "Barselona" Robert Levandovskini
2022-ci ilin yayında "Bavariya"dan transfer edib. Polşa millisinin
üzvü ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi
matçda 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn
ilin yayında başa çatır.
23:35 04.09.2025
Oxunuş sayı: 1043