Cəlilabadda avtomobillər toqquşub, altı nəfər xəsarət alıb

Cəlilabad rayonunda ağır avtomobil qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.
"Mercedes" ilə "VAZ 21099" markalı minik avtomobillərinin toqquşması nəticəsində aralarında azyaşlılar da olmaqla, altı nəfər xəsarət alıb.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına xəstəxanasına çatdırılan yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
16:46 04.09.2025
Oxunuş sayı: 988