Binəqədidə sex yanıb

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
Crossmedia.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 5010 m² (hər mərtəbəsi 1670 m²) olan üçmərtəbəli obyektin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 200 m² olan sexin içərisində taxta və parçadan ibarət materiallar 30 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
10:06 03.09.2025
Oxunuş sayı: 1103