Kür çayından qadın meyiti tapılıb

Sabirabadda Kür çayından qadın meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, Sabirabad rayonunun Minbaşı kəndində
Kür çayından qadın meyiti tapılıb.
Məlum olub ki, meyiti tapılan şəxs Şirvan şəhər sakini, 29
yaşlı Abdullayeva Aytən Elçin qızıdır.
Onun hansı şəraitdə Kür çayında boğulduğu hələlik məlum
deyil.
Hazırda faktla bağlı araşdırma aparılır.
23:10 02.09.2025
Oxunuş sayı: 799