Naxçıvanda 40 min manatlıq aksiz markasız siqaret satan şəxslər saxlanılıb

Naxçıvanda aksiz markası olmayan tütün məmulatlarının satışını təşkil edən şəxslər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Naxçıvan MR Daxili İşlər
Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aksiz markası
olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri
həyata keçirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yaşlı
Əliyev Fərhad, Əliyev Ağalar, 28 yaşlı Səfərov Əhliman, 34 yaşlı Qurbanov Heydər
və 62 yaşlı Novruzov Nazimin xarici ölkədən qanunsuz yollarla gətirilmiş, üzərində
aksiz markası olmayan 40 000 manat dəyərində 25 000 qutu tütün məmulatlarını
satışa çıxardıqları müəyyən olunub. Həmin şəxslər saxlanılıb və barələrində
qanunvericiliyə uyğun tədbirlər görülüb.
Hazırda faktlarla bağlı, araşdırmalar davam etdirilir.
17:52 02.09.2025
Oxunuş sayı: 1041