Gədəbəydə dağlıq ərazidə yanğın olub

Gədəbəy rayonunun Qarıkənd kəndində dağlıq ərazidə yanğın olub.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunub. Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1.5 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
17:26 02.09.2025
Oxunuş sayı: 847