Lənkəranda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Lənkəran rayonunun Haftoni qəsəbəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan Crossmedia.az-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Nazim Babayev tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.
Nazim Babayev barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə göndərilib.
13:28 01.09.2025
Oxunuş sayı: 732