"Trend" 30 yaşında

Bu gün Azərbaycan media sahəsində özünəməxsus yeri olan Trend Beynəlxalq İnformasiya Agentliyinin 30 yaşı tamam olur. 1995-ci ildə Azərbaycanda yaradılmış Trend informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçülərindəndir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edildi. Həmçinin 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" seçilib. "Trend" "İlin eksklüziv informasiya agentliyi" nominasiyasında "Brand Award Azerbaijan-2008" milli mükafatına layiq görülüb. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə "Trend"-i RİA Novosti agentliyi ilə birlikdə "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib. "Trend"-in tərkibində olan xəbərlər Azərbaycan, ingilis, rus, fars və ərəb dillərindədir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir. "Trend" öz müştərilərinə əsas siyasi, iqtisadi hadisələri işıqlandıran yüksək keyfiyyətli multimedia materiallarını, analitik hesabatları və tematik məqalələri, həmçinin ən yaxşı ekspertlərin maliyyə məqalələrini təklif edir. İnformasiya kirliliyinin və informasiya müharibəsinin bu qədər geniş vüsət aldığı bir dövrdə "Trend" kimi qərəzsiz bir agentliyin fəaliyyəti sevindiricidir.
Crossmedia.az kollektivi adından Trend Beynəlxalq İnformasiya Agentliyini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
Ayhan
12:08 01.09.2025
Oxunuş sayı: 1269