Qanunsuz odlu silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, avqustun 30-da və 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 1 qumbara, 6 tüfəng, 17 patron darağı və 1335 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
11:25 01.09.2025
Oxunuş sayı: 720