Çempionlar Liqası: “Araz-Naxçıvan” futzal komandasından növbəti böyükhesablı qələbə

UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” futzal komandası növbəti oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə
Şotlandiya çempionu “Saltires” ilə üz-üzə gəlib.
Görüş Naxçıvan klubunun 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Araz-Naxçıvan” ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə
qalib gəlib.
Təmsilçimiz qrupda son oyununu “Ljutu”a qarşı keçirəcək.
Avstriya çempionu ilə görüş avqustun 30-u saat 21:30-da başlayacaq.
22:43 28.08.2025
Oxunuş sayı: 608