"Sabah" serbiyalı futbolçunun transferini açıqlayıb

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Crossmedia.az
xəbər verir ki, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə
bağlı Türkiyənin "Sivasspor" klubu ilə razılıq əldə edilib.
Anlaşmaya
əsasən, futbolçu 1 il icarə əsasında "bayquşlar"ın uğurları üçün
çalışacaq.
Simiç
karyerası ərzində "Sivasspor"la yanaşı, Serbiyanın "Srvena
Zvezda" (2012-2013, 2018-2021), "Zemun" (2018),
"Voyvodina" (2021-2023), İsveçrənin "Bazel" (2013-2017),
"Şaffhauzen" (2016), "Kyasso" (2016-2017),
"Vintertur" (2017), Sloveniyanın "Domjale" (2014-2015) və
Kiprin "Omoniya" (2023-2025) klublarında çıxış edib.
Velko
Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü
olub. O, "Sabah"da 21 nömrəli formada çıxış edəcək.
22:22 28.08.2025
Oxunuş sayı: 947