Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Xətai rayonunda obyektdə baş verən yanğın söndürülüb.
Yanğının qarşısı geniş əraziyə yayılmadan alınıb.
22:00
Bakı şəhəri, Xətai rayonu, İnqilab ismayılov 6 ünvanında yanğın başlayıb.
Crossmedia.az
xəbər verir ki, "Starex" karqo şirkətinə məxsus zirzəmi yanır.
Əraziyə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri
cəlb olunub.
Hazırda
yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
22:00 28.08.2025
Oxunuş sayı: 762