Çəkisi 19,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Avqustun 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 19,7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, kultivasiya yolu ilə yetişdirilmiş 244 ədəd çətənə kolu və 201 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
10:45 28.08.2025
Oxunuş sayı: 802