Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb

Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.
Crossmedia.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
10:30 28.08.2025
Oxunuş sayı: 794