Xırdalanda DOST Mərkəzi yanır -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Crossmedia.az xəbər verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
YENİLƏNİB
Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.
Bu barədə Crossmedia.az xəbər verir.
Əraziyə yanğınsöndürənlər cəlb olunub. (Report)
16:58 27.08.2025
Oxunuş sayı: 894