Rusiyada güclü zəlzələ olub, Azərbaycanda da hiss edilib

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
Zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss edilib.
00:46 27.08.2025
Oxunuş sayı: 922