Ramiz Rövşənin son durumu açıqlanıb

Azərbaycan Xalq şairi Ramiz Rövşənin son durumu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Rəşad Məcid öz sosial şəbəkə hesabında qeyd edib.
O şairin vəziyyətinin yaxşı olduğunu bildirib:
"Ramiz Rövşənlə danışdım. Yaxşıdır. Dedi ki, ayağımdakı ağrılar stabil qalır. Amma səhhətimdə problem yaranması barədə yazılanlar xeyli şişirdilmişdir" - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıqlamasında Xalq şairi Ramiz Rövşənin səhhətində problem yarandığını və şairin yaxın günlərdə xəstəxanaya müraciət edəcəyini bildirmişdi.
Elmir Heydərli
00:12 27.08.2025
Oxunuş sayı: 1101