TƏBİB Kürdəmirdəki ağır yol qəzası ilə bağlı açıqlama verib - YENİLƏNİB

Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin
kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib.
Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə
ixtisaslı tibbi xidmətdən imtina edib.
23:20 26.08.2025
Oxunuş sayı: 649