Kəlbəcərdə qaz partlayışı olub, 4 nəfər xəsarət alıb – YENİLƏNİB

Kəlbəcərdə yanıq xəsarətləri alanların adları məlum olub.
Crossmedia.az xəbər verir ki, xəsarət alanlar Yevlax rayon
sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü
N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon
sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir.
Məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə
yeni tikilən binalara qaz çəkən zaman partlayış olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
22:50 26.08.2025
Oxunuş sayı: 766