Ağstafanın Yuxarı Göycəli kəndindəki yanğın məhdudlaşdırılıb – YENİLƏNİB

Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində
yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən
qısa müddətdə məhdudlaşdırılıb.
Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların
söndürülməsi əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək.
22:15 26.08.2025
Oxunuş sayı: 743