Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.
Crossmedia.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli
yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə
olarkən "Chevrolet" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə
"Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu
ölüb.
Yaralı şəxs isə təcili tibbi yardım maşınının köməyi ilə
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb
olunub.
Faktla bağlı araşdırma aparılır.
20:54 26.08.2025
Oxunuş sayı: 795