"Ferentsvaroş"un baş məşqçisi: Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq

"Ferentsvaroş" "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxıb.
Crossmedia.az "Reporta" istinadən xəbər verir ki, bunu Macarıstan təmsilçisi
"Ferentsvaroş"un baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.
İrlandiyalı mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini
bölüşüb:
"Futbolçularımız sabahkı matça hazırdırlar. Heyətdə müəyyən
dəyişikliklər ola bilər. Kimin start heyətində meydana çıxacağını sabah biləcəyik.
İlk qarşılaşmada iki adi vəziyyətdən qol buraxdıq. "Qarabağ"
futbolçuları əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bizdə isə fərqli
oldu".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş"
matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında
Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
22:08 26.08.2025
Oxunuş sayı: 719