Bundesliqa klubu Yaponiya millisinin futbolçusunu icarəyə götürüb

Almaniya Bundesliqası təmsilçisi "Verder" İngitərənin "Sautqempton" klubunun futbolçusu Yukinari Suqavaranı icarəyə götürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə
"ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.
Yaponiya millisinin sağ cinah müdafiəçisi qarşıdakı bir
mövsüm ərzində "Verder"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Y.Suqavara ötən mövsüm bütün yarışlarda 32
matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
01:30 27.08.2025
Oxunuş sayı: 687