Sabunçuda süni göldə uşaq batıb

Sabunçu rayonunda süni sututarında 1 uşağın batması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə Nazirliyin Kiçikhəcmli Gəmilərə
Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti
sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
18:10 26.08.2025
Oxunuş sayı: 807