Bakı metropoliteni sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı metropoliteni avqustun 27-də “Qarabağ” Futbol
Klubunun UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət
göstərəcək.
Xüsusilə matçın keçiriləcəyi Tofiq Bəhramov adına
Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov”
stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək.
Crossmedia.az xəbər verir ki, Bakı Metropoliteninin müvafiq əməliyyat planına uyğun
olaraq, bu stansiyalarda növbətçilik cədvəli tərtib ediləcək. Arenaya
yollanacaq azarkeşlərin yönləndirilməsi, səmti rahat müəyyən etmələri üçün əlavə
işçi qüvvəsi cəlb olunacaq.
Qatarların hərəkəti yay qrafikinə uyğun təşkil
olunacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılması üçün hazır
saxlanılacaq.
Həmçinin qeyd edək ki, qarşılaşma əlavə vaxtla
davam etdiyi halda azarkeşlərin rahat şəkildə mənzilbaşına qayıtması üçün Bakı
metropoliteninin iş saatının uzadılması planlaşdırılıb.
“Qarabağ” Futbol Klubuna uğurlar, azarkeşlərə qələbə
sevinci arzu edirik!
17:51 26.08.2025
Oxunuş sayı: 702