Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib




Avqustun 26-da Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Yarışın təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 12:00-dan, final blokunu isə 17:30-dan etibarən canlı olaraq Azərbaycan dilində şərhlə JudoTV.com saytından izləyə bilərsiniz.
Qızlar
-44 kq, 1/16 final
Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)
Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)
-48 kq, 1/32 final
Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)
-48 kq, 1/16 final
Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)
-52 kq, 1/32 final
Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)
-57 kq, 1/16 final
Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)
-70 kq, 1/16 final
Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)
Oğlanlar
-50 kq, 1/16 final
Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)
-50 kq, 1/8 final
Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə
-55 kq, 1/16 final
Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)
Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)
-60 kq, 1/32 final
Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)
-60 kq, 1/16 final
Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə
-73 kq, 1/16 final
Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə
+90 kq, 1/8 final
Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Gürcüstan
17:23 26.08.2025
Oxunuş sayı: 830