Peşəkar Futbol Liqasının rəsmisi beynəlxalq təyinat alıb

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Crossmedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma sentyabrın 4-də Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.
17:01 25.08.2025
Oxunuş sayı: 719