Hacıqabulda 25 yaşlı gənci cərəyan vuraraq öldürüb

Hacıqabulda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki , hadisə Hacıqabul rayonunun İkinci Udullu ərazi vahidinin Tağılı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, su nasosu ilə su vurmaq istəyərkən 2000-ci il təvəllüdlü Musayev Tarix Tahir oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.(Apa)
14:09 25.08.2025
Oxunuş sayı: 679