Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq


Bu gün Baş Mil kanalına suyun verilməsi dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, buna səbəb 2 aya yaxındır ki Füzuli rayonunun Kərimbəyli kəndində suda batan Nihad Nağızadənin axtarışıdır.
2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin iyunun 27-də su kanalında batdığı ehtimal edilir.
Həmin vaxtdan onun axtarışına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunsa da, hələlik bir nəticə əldə olunmayıb.
09:54 25.08.2025
Oxunuş sayı: 727