Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub

3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin yarımfinalında məğlub olub.
Crossmedia.az xəbər verir ki, yığma bu raundda Niderlanda
uduzub - 8:21.
Komanda bu gün 1/4 finalda Rumıniyanın “Rapid” klubuna qalib
gəlib - 18:15.
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən
gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippini üstələyib - 21:14.
00:04 25.08.2025
Oxunuş sayı: 1202