İsmayıllıda dağlıq ərazidə yanğın olub

İsmayıllıda yanğın hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki,hadisə rayonun Əhən kəndi
yaxınlığındakı dağlıq ərazidə baş verib.
Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı və İsmayıllı
rayonlarından canlı qüvvə və texnika cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində alov qısa zamanda nəzarətə
götürülüb.Mürəkkəb relyefli ərazidə baş verən yanğın tamamilə söndürülüb.
Hazırda fakt ilə bağlı araşdırılma aparılır.
22:34 24.08.2025
Oxunuş sayı: 691