"Sədərək" ticarət mərkəzində yanğın zamanı 12 nəfər tüstüdən zəhərlənib – YENİLƏNİB

24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Bu barədə Crossmedia.az-a TƏBİB-dən bildirilib.
Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi
cinsli) müraciəti qeydə alınıb.
Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə
diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş
qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Digər 9 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım
briqadası tərəfindən yerində tibbi yardım göstərilib.
20:15 24.08.2025
Oxunuş sayı: 889