Pirsaat çayında 3 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Pirsaat çayının Qobustan rayonunun Poladlı kəndindən keçən hissəsində 3 nəfərin batması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, Nazirliyin Dövlət Yanğından
Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin
meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
20:04 24.08.2025
Oxunuş sayı: 864