PSJ-nin futbolçusu Yunanıstan klubunda çıxış edəcək

Fransanın PSJ klubu futbolçusu Renatu Sançesi icarəyə verib.
Crossmedia.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi
“Panatinaikos”a keçib.
Portuqaliyalı oyunçu 2025/2026 mövsümündə Yunanıstan təmsilçisinin
formasını geyinəcək.
Qeyd edək ki, Renatu Sançes 2024/2025 mövsümündə icarə əsasında
Portuqaliyanın “Benfika” komandasında çıxış edib.
03:30 25.08.2025
Oxunuş sayı: 864