Rusiya 260-dan çox idmançı ilə Azərbaycana gələcək

III MDB Oyunları – 2025-də iştirak etmək üçün Rusiya komandası 262 idmançını yarışlara qeydiyyatdan keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Oyunların kommunikasiya meneceri Şəfiqə Əfəndiyeva məlumat verib.
Belə ki, Rusiya idmançıları Azərbaycanda oxatma, badminton, basketbol, boks, kayak və kanoe üzrə avarçəkmə, futbol, qılıncoynatma, cüdo, karate, bədii gimnastika, akademik avarçəkmə, sambo, güllə və stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol və güləş üzrə yarışlarda çıxış etməyi planlaşdırırlar.
Fatimə Məmmədova
04:30 24.08.2025
Oxunuş sayı: 749