Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə ️DİN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 72, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
10:08 23.08.2025
Oxunuş sayı: 719