Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı açıqlandı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının tarixi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumata görə B Liqasının 1-ci qrupunda yer alan millimiz
oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq.
Matçlar Moldovada təşkil olunacaq.
Qeyd edək ki, oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat
veriləcəyi bildirilib
00:00 23.08.2025
Oxunuş sayı: 644