Erməni rəqibini məğlub edən Azərbaycan güləşçisi dünya çempionu olub

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Crossmedia.az xəbər verir ki, yarışın altıncı günündə Ayxan
Cavadov (60 kq) qızıl medal qazanıb.
Güləşçimiz finalda ermənistanlı Yurik Mxitaryanla
qarşılaşıb. Fasiləyə 3:5 hesabıyla geridə yollanan Cavadov ikinci hissədə əzmkarlıq
nümayiş etdirərək inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk
dünya çempionumuz olub. Ötən il U17 yaş qrupunda dünya və Avropa çempionu olan
yunan-Roma güləşçimiz bu il eyni uğura U20 yaş qrupunda imza atıb.
Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı
Azimcan Soatullayevə (0:8), Zəhra Kərimzadə (72 kq) isə rusiyalı U23 Avropa
çempionu Kristina Bratçikovaya (tuş) məğlub olub.
Qeyd edək ki, DÇ-də medallarımızın sayı 6-ya çatıb. Daha öncə
Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57
kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal
qazanıb.
23:48 22.08.2025
Oxunuş sayı: 512