Premyer Liqa: “Qarabağ” “Sumqayıt”a uduzub

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında
“Qarabağ” “Sumqayıt”ı qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin
qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə
xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.
Qeyd edək ki, günün ilk matçında “Neftçi” “İmişli” ilə
qolsuz heç-heçə edib. Turun digər qarşılaşmaları 23, 24 və 25 avqustda olacaq.
23:03 22.08.2025
Oxunuş sayı: 810