İmişlidə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, bir neçə gün əvvəl kanalda
boğulduğu ehtimal olunan Nurəddin Məmmədovun meyiti aparılan axtarışlar nəticəsində
kanalının İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində aşkarlanıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
20:07 22.08.2025
Oxunuş sayı: 744