"Erkən nigaha dur" deyənlər sırasına onlar da qoşuldu

“Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı layihə çərçivəsində başlatdığı “erkən nikaha dur” deyək kampaniyası davam edir.
Crossmedia.az xəbər verir ki, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanan və dəstək göstərilən kampaniyaya məşhur şəxslər də qoşulurlar. Onların arasında incəsənət xadimləri, yazıçılar, aktyorlar, aktrisalar, sənət adamları var.
Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədi qızları erkən yaşda ailə qurmağa deyil, təhsilə yönləndirməyi təşviq etməkdir.
11:24 22.08.2025
Oxunuş sayı: 886