"Azərbaycan Hava Yolları"nın Müşahidə Şurası yenidən formalaşdırılıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Müşahidə Şurasında dəyişiklik edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin 4.7.14-cü yarımbəndinə əsasən, AZCON-un Müşahidə Şurası AZAL-ın Müşahidə Şurasının tərkibini aşağıdakı kimi təsdiq edib:
Müşahidə Şurasının sədri:
rəqəmsal inkişaf və nəqliyyat Naziri - Rəşad Nəbi oğlu Nəbiyev
Müşahidə Şurasının üzvləri:
AZCON Holding-in icraçı direktoru – Şahin Tofiq oğlu Babayev
AZCON Holding-in icraçı direktorunun müavini – Vüqar Yaşar oğlu Mirzəzadə
AZCON Holding-in Baş Maliyyə İnzibatçısı – Taylan Soysal oğlu Tekeli.
11:09 22.08.2025
Oxunuş sayı: 813