FHN daha bir yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb



FHN Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinin istismarını dayandırıb.
Bu barədə Crossmedia.az-a FHN-dən mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Əlimərdanlı kəndində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı, çənlərin yerləşdiyi ərazinin ildırımötürücü qurğu ilə təmin olunmadığı və neft məhsullarının plastik qablara doldurularaq satıldığı müəyyən edilib.
Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
09:48 22.08.2025
Oxunuş sayı: 766