Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.
Crossmedia.az
xəbər verir ki, yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri
kürsünün ikinci pilləsinə qalxıb.
O,
finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.
Qeyd
edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal
qazanıb.
20:10 21.08.2025
Oxunuş sayı: 626