Şəmkirdə qidadan zəhərlənlərin sayı 24-ə çatıb, 14-ü azyaşlıdır -YENİLƏNİB

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 14-ü azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
YENİLƏNİB
Şəmkirdə kütləvi zəhərlənmənin səbəbi bəlli olub.
Crossmedia.az xəbər verir ki, ötən gecədən xəstəxanaya yerləşdirilən 20 nəfər dönərdən zəhərlənib.
"Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar agentliyin "1003" Çağrı Mərkəzinə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Bəxtiyar Abbas oğlu Əhmədova məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
10:43 21.08.2025
Oxunuş sayı: 637